xamenei

İran hakimiyyətinin məşhur tənqidçilərindən olan imam məxfi formada İsraili ziyarət edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb.

Mətbuat ölkəni ziyarət edən şəxsin adını açıqlamaqdan imtina edib. Onun İsrailə gəliş səbəbi də açıqlanmayıb.

İsrail mətbuatı imamın ABŞ-ın hüququ dairələri ilə tez-tez görüşdüyünü də iddia edib.

Adı çəkilməyən imamın İranın Ali Dini lideri Əli Xameneinin keçmiş tələbələrindən olduğu vurğulanıb.

Aqşin
Globalinfo.az

Paylaş: