628bfa65 29ed 35a4 99d3 c90d0694d610 850

Azərbaycanın iki güləşçisi Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında keçirilən “Çempionlar” turnirində medal qazanıblar.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, ilk yarış günündə təmsilçilərimizdən Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.

Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.

Sabah 60, 72 və 87 kq-da yer alan güləşçilər xalça üzərinə çıxacaqlar.

Paylaş: