“Son vaxtlar mütəmadi baş verən yanğınların tezliklə söndürülməsi, daşqınlar, sel, zəlzələ və digər məsələlərdə insanların təhlükəsizliyinin təmin edilməsində FHN əməkdaşları böyük rol oynayırlar”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.
“Türkiyə və digər Avropa ölkələrində baş verən yanğınlarda Azərbaycan FHN əməkdaşları Prezident İlham Əliyevin göstərişi ilə orada iştirak etmiş, yanğınların söndürülməsində əhəmiyyətli işlər görmüşlər”, – S.Novruzov qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az














