Türkiyənin Konya vilayətinin Cihanbəyli bölgəsində ard-arda iki zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, səhər saatlarında 3,9 və 3,6 bal gücündə iki zəlzələ meydana gəlib.
Hadisı nəticəsində hər hansı dağıntı və tələfatın olmadığı bildirilir.
Qeyd edək ki, bir neçə gün öncə Marmara bölgəsində baş verən 6,2 bal gücündəki zəlzələdən sonra 250-dən çox afterşok qeydə alınıb.
Əliyar Xəlil
Globalinfo.az