Polis masini 3434

Paytaxtın Xətai rayonu Afiyəddin Cəlilov küçəsindən çoxlu sayda polis maşınlarının, xüsusilə Çevik Polis Alayına məxsus avtomobil və avtobusların keçməsi ictimaiyyətdə narahatlığa səbəb olub. Sosial şəbəkə istifadəçiləri Bakıda hansısa xoşagəlməz hadisənin ola biləcəyi haqda versiyalar qeyd etməyə başlayıblar.

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov narahatlıqa heç bir əsas olmadığını deyib.

O bunun adi təlim olduğunu bildirib:

“Narahat olmağa səbəb yoxdur. Ölkədə tam sakitlikdir. Sadəcə, polis əməkdaşları təlimə gedirlər. Bu, adi təlimdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: