Türkiyənin Amasya vilayətində zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Maqnitudası 4,6 bal olan təkanlar yerin 6,21 km dərinliyində qeydə alınıb. Dağıntı və tələfat olmasa da, yerli qurumlar əhaliyə tədbirli olmaları barədə xəbərdarlıq edib.