“Azərbaycanda axşam saatlarında baş verən zəlzələ Ermənistanda hiss olunub”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi məlumat yayıb.
“Aprelin 8-də yerli vaxtla saat 00:35-də Azərbaycanda zəlzələ qeydə alıb. Episentrdə yeraltı təkanların gücü 4-5 bal təşkil edib. Zəlzələ Ermənistanın Qeqarkunik rayonunun Vardenis şəhərində, həmçinin Sotk və Kut kəndlərində (2-3 bal) hiss olunub”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az