cf405ce0 355c 3e01 a147 1622f41cca19 850

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin atası Fərhad Hacıyev axşam saatlarında dünyasını dəyişib.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, 87 yaşlı F.Hacıyev ürəktutmadan vəfat edib.

Qeyd edək ki, Fərhad Hacıyev sabah Gəncədə dəfn olunacaq.

Globalinfo.az kollektivi olaraq Hikmət Hacıyevin atasının vəfatından kədərləndiyimizi bildirir və dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Paylaş: