murat

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Başqanının müşaviri və İBB Medya AŞ İdarə Heyətinin sədri Murat Ongun, İBB-yə yönəlik aparılan korrupsiya və terror araşdırması çərçivəsində həbs edilib.

Globalinfo.az xəbər verir ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən ifadəsi alınan Murat Ongun ona qarşı irəli sürülən ittihamları rədd edib.

Ongun təşkilat üzvü olmadığını vurğulayıb.

O, həmçinin jurnalistlərə maliyyə dəstəyi verməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edib:

“Belə bir şeyin mənə yaraşdığını düşünmürəm. İstanbul Böyükşəhər Bələdiyyəsi olaraq biz media qurumlarına yalnız rəsmi kanallar vasitəsilə reklam verməklə dəstək ola bilərik”.

Murat Ongun Medya AŞ-də yalnız idarəçi vəzifəsi olduğunu, tender və reklam büdcələri ilə bağlı səlahiyyətinin olmadığını bildirib.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: