Rusiya təyyarəsi Fransa PUA-sı ilə təhlükəli məsafəyə qədər yaxınlaşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastyen Lekornyu məlumat yayıb.
Nazir bunu “qəsdən törədilmiş aqressiv və qəbuledilməz hərəkət” adlandırıb.
“Bazar günü Rusiyaya məxsus Su-35 qırıcısı Fransanın Şərqi Aralıq dənizi üzərində kəşfiyyat uçuşu aparan “Reaper” dronu ilə təhlükəli məsafəyə qədər yaxınlaşıb”, – deyə nazir X” hesabında qeyd edib.
Xatırladaq ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi bütün uçuşların beynəlxalq qaydalara uyğun icra edildiyini bildirib.
Aysel Əliyeva
Globalinfo.az