IMG 20250223 WA0064

Bakıda hazırda hava şəraitinə görə ictimai nəqliyyatda, xüsusilə də avtobuslarda vəziyyət ürəkaçan deyil.

Globalinfo.az xəbər verir ki, əksər marşrut üzrə hərəkət edən avtobuslar depoya getdiklərini bildirirlər. Sərnişinlərin etirazına sürücülərin cavabı “Zəng gəldi, tapşırıq verildi ki, depoya gələk” olur. Bunu yaxın bir saat ərzində havanın şaxtalı və yolların sürüşkən olacağı ilə əsaslandırırlar.

Görünən odur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)  avtobusların qəzaya düşməməsi, zədələnməməsi üçün önləyici tədbirlər alır.

Hazırda Bakının Ukrayna və Neapol dairəsində də yollarda hərəkət məhdudlaşmaq üzrədir. Videodan da göründüyü kimi kommunal təşkilatlar yolların açılması üçün tədbirlər görürlər. Yollara qum və sair vasitələr səpirlər.

 

View this post on Instagram

 

A post shared by Globalinfo.az (@globalinfo_az)


IMG 20250223 WA0063

IMG 20250223 WA0068

Əliyar Xəlil 

Globalinfo.az 

Paylaş: