1680079398 irevan1

“Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qəbul edilən layihə biabırçı blefdir”.

Globalinfo.az xəbər verir ki, bunu Daşnaksütyun Partiyasından olan deputat Artur Xaçaturyan deyib.

O, İrəvan hökumətinin yaxınlaşan parlament seçkilərinə Qərbin “çətiri” altında qatılmağa çalışdığını bildirib: 

“Onlar seçkilərə necə güclü şəkildə qatılmağı düşünürlər. Buna görə də qərbyönümlü, avropayönümlü  siyasi “çətir”in altına girməyə çalışırlar. Amma cənablar, yanılırsınız, çünki hakim Mülki Müqavilə Partiyası və Baş nazir Nikol Paşinyan sizə bu yağlı tikəni verməyəcək. Sözügedən layihə ilə Ermənistanın xarici siyasətini təhdid altında qoyursunuz. Qərbi, şimalı və cənubu çaşbaş salırsınız”.

Parlamentin digər deputatı Armen Rüstəmyan isə Avropa İttifaqına üzvlüyün heç bir gələcəyinin olmadığını, ölkə üçün ciddi problemlər yaradacağını deyib. O, Ermənistanın Aİ və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etmək gücündə olmadığını söyləyib:

“Aİ-yə üzvlüklə bizim təhlükəsizliyimizin təminatçısı onlar yox, Türkiyə olacaq. Siz xalqımızı Türkiyə və Rusiya arasında seçimə məcbur edirsiniz”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: