MOK-da təyinat: Əməkdar jurnalist bu vəzifəyə gətirildi

Milli Olimpiya Komitəsinin (MOK) İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin müdiri postuna təyinat olub.

Globalinfo.az xəbər verir ki, bu vəzifəyə isə qurumun rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” jurnalının baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev təyin olunub.

Xatırladaq ki, həmin vəzifədə 2020-ci ilin mart ayında bu günə qədər Günay Malikqızı çalışırdı.

Globalinfo.az