49581be0 84e7 32e7 b35c 8d47ca16

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, müzakirələr zamanı nazir nümayəndə heyətinə Azərbaycanın xarici siyasət prioritetləri, regional imkanlar barədə məlumat verib.

Həmçinin, münaqişədən sonrakı reallıqlar, Azərbaycan-İsrail və Azərbaycan-ABŞ əlaqələrinin hazırkı və gələcək perspektivləri müzakirə edilib.

Paylaş: