rus serhedcileri

“ABŞ-ın Ermənistanın sərhəd təhlükəsizliyinin qorunmasına dəstəyi nəticəsində İran və Rusiya ilə sərhədlərimizə özümüz nəzarət edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan jurnalistlərə açıqlamasında deyib.

O, Rusiya sərhədçilərinin ərazidən çıxarılacağını bildirib:

“ABŞ-ın gömrük və sərhəd nəzarəti qrupunun Ermənistana gəlməsi hər hansı həssas məqamla bağlı deyil, sərhədlərimizə nəzarətdə səmərəliliyimizin artırılması üçündür. İranla əlaqələrimiz yüksək səviyyədədir, heç bir narazılığın olmayacağını düşünürəm. Hər ölkə öz sərhədlərinə nəzarət etməlidir, nəhayət biz də bunu bacardıq”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: