Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan etdi və ordunu ora göndərdi

Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan etdi və ordunu ora göndərdi

Rəsmi olaraq vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Donald Tramp Meksika ilə cənub sərhədində fövqəladə vəziyyət elan edib.

Globalinfo.az xəbər verir ki. bu barədə “CNN” məlumat yayıb.

“Bu gün mən ABŞ-ın tam bərpasına və sağlam düşüncənin inqilabına başlayacaq bir sıra tarixi sərəncamlar imzalamağı planlaşdırıram. Əvvəlcə cənub sərhədimizdə fövqəladə vəziyyət elan edəcəm və qoşunlarımızı ora göndərəcəm”, – deyə Tramp vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az