Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Globalinfo.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 07:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1 olub.

Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.