moskva yeni

“Moskva İrəvanın Avropa İttifaqına daxil olması prosesi barədə qərara Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi baxır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Onlar deyirlər ki, Avrasiya İttifaqından çıxmağı planlaşdırmırlar. Bəs indiki situasiyanın özəlliyi nədir? Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması barədə danışıqlar çoxdan gedib, amma yanvarın 9-da Ermənistan hökuməti əhəmiyyətli hüquqi addım atıb. Hazırkı situasiyanın özəlliyi bundadır. Bu, Ermənistan hökumətinin qərarı idi və biz ona Ermənistanın Avrasiya İttifaqından çıxmasının başlanğıcı kimi baxırıq. Gələcək addımlar ERmənistan hökumətindən asılıdır” – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: