“Çətin işin altına girmişik. Görüləcək çox işimiz var”.
Bunu “Səbail” futbol klubuna yeni baş məşqçi təyin edilən Şahin Diniyev Globalinfo.az-a açıqlamasında deyib.
O, komandanın yaxşı çıxış etməsi üçün əlindən gələni edəcəyini bildirib:
“Çətin işin altına girmişik. Bilirsiniz ki, klub 10-cu yerdə qərarlaşıb. Sözsüz ki, məqsəd komandanı irəli aparmaqdır. Bunun üçün də əlimizdən gələni edəcəyik. Düşünürəm ki, bacaracağıq. Görüləcək çox işlərimiz var”.
Zaira Akifqızı
Globalinfo.az
***
“Səbail” klubunun yeni baş məşqçisi bəlli olub.
Globalinfo.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “dənizçilər” Şahin Diniyevə tapşırılıb.
Mütəxəssis bu postda Mahmud Qurbanovu əvəzləyib. Onun müqaviləsinin müddəti 2023/2024 mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Şahin Diniyev daha əvvəl “Qarabağ”, “Kəpəz”, “Rəvan” və Azərbaycan millisinin baş məşqçisi olub.