Tanınmış vəkil Ceyhun Yusifovun vəkillik fəaliyyətinin dayandırılmasına dair xəbər yayılıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə C. Yusifovun fəaliyyəti 1 il müddətində dayandırılıb.
Globalinfo.az Ceyhun Yusifovla əlaqə saxlayıb.
O, xəbəri təkzib edib:
“Yayılan xəbərlər həqiqəti əks etdirmir. Fəaliyyətim dayandırılmayıb. Məsləhət görürəm ki, ətraflı məlumat üçün Vəkillər Kollegiyasına müraciət edəsiniz. Haqqımda yayılan xəbərlər yalandır”.
Qeyd edək ki, vəkil Ceyhun Yusifov barəsində yayılan xəbəri təkzib etsə də, onun adı Vəkillər Kollegiyasının rəsmi saytından çıxarılıb.
Zaira Akifqızı