hikmet esas

“Ermənistanın bu tədbirdə iştirak etməməsinin Azərbaycan üçün əhəmiyyəti yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Bakıda keçirilən COP29 tədbiri Ermənistan üçün faydalı imkan ola bilərdi:

“İrəvan COP29-da iştirak etmirsə, deməli, bu günə qədər COP-la bağlı tutduğu mövqe cılız propaqandadan başqa bir şey olmayıb. Təəssüf ki, Ermənistan dövlət strukturlarının bilavasitə iştirakı və hökumətinin dəstəyi ilə Azərbaycana qarşı çirkin təbliğat kampaniyaları aparılır”.

Zaira Akifqızı
Globalinfo.az 

Paylaş: