Azərbaycan-Ermənistan Delimitasiya və Demarkasiya Komissiyaları arasında imzalanan sənəd ratifikasiya üçün Ermənistan parlamentində müzakirəyə çıxarılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Daha əvvəl Konstitusiya Məhkəməsi tərəfindən ratifikasiya olunan reqlament mətni bu gün Ermənistan Milli Məclisinin gündəliyinə salınıb.
Xatırladaq ki, sözügedən sənəd 2024-cü ilin avqustun 30-da imzalanıb.
Əliyar Xəlil
Globalinfo.az