66cfb0f6 7e92 3147 95dd aab931c96c17 850

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Argentina yığmasını Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, Hikmət Hacıyev özünün tviter səhifəsində oğlunun TV-də final matçını izləyərkən çəkilmiş fotosunu paylaşaraq bu sözləri yazıb:

“Argentina!!! Təbriklər!!! Təbriklər!!! Təbriklər!!! DÇ-2022-yə ev sahibliyi etdiyi üçün Qətərə təşəkkür edirik!”

 

Paylaş: