lubnan hizbullahindan israile 160 roketle misilleme saldirisi 171818195580 1

Livanın cənubunda gedən döyüşlər zamanı İsrail hərbçiləri “Hizbullah” üzvünü əsir götürüblər.

Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hərbçilər təxminən 7,5 m dərinlikdə yeraltı sığınacağa aparan tunelə keçid aşkar ediblər. Uzunmüddətli qalmaq üçün təchiz olunmuş həmin otaqda silah-sursat tapılıb.

Ordunun bəyanatına görə, ərazidəki “Hizbullah” döyüşçüsü təslim olub və həbsxanaya aparılıb.

Bu, İsrail ordusunun Livanda quru əməliyyatına başlamasından bəri “Hizbullah” silahlı birləşmələrinin bir üzvünün ələ keçirilməsi ilə bağlı ilk xəbərdir.

Paylaş: