Ermənistanın Cermuk rayonunda (İstisu – red) zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib, yeraltı təkanlar 2-3 bal gücündə qeydə alınıb.