Ermənistanda zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmoloji Xidməti xəbər yayıb.

Zəlzələ Artaşatdan 8 km şimal-qərbdə qeydə alınıb.

Episentrdə yeraltı təkanların gücü 3 bal olub.

Zəlzələnin ocağı 10 km dərinlikdə qeydə alınıb, maqnitudası isə 2,3 olub.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: