“Rusiya prezidenti ilə görüş müsbət qiymətləndirilə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, qapalı və açıq formatda keçirilən görüşlərdə regional kommunikasiyalar üzrə məsələdə Ermənistan hökumətinin mövqeyi eynidir.

Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın sözlərinə görə, tərəflər geniş spektrli məsələləri müzakirə edib, enerji, təhsil və humanitar əməkdaşlıq sahələrində konkret razılaşmalar əldə olunub.

Baqdasaryan həmçinin bildirib ki, Paşinyan Rusiya prezidentinə “Dünyanın kəsişməsi” layihəsini təqdim edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: