ferid ehmedov

Ədliyyə naziri Fərid Əhmədov Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehti Abdullayevə yeni vəzifə verib. 

Globalinfo.az Qaynarinfo-ya istinadən bildirir ki, nazirin müvafiq əmri ilə Mehti Abdullayev Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Mehti Abdullayev Ədliyyə Nazirliyinin ləğv edilən Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

22262a2536635433cd62388bf3c96c471718952215 7db2347a0d471f16027c2ed8162140fauntitled 1 recovered png png
Mehti Abdullayev

 

Paylaş: