Nyu-York meri Erik Adamsın qondarma “erməni soyqırımı” ifadəsini işlətməməsi ermənilərə əməlli-başlı təsir edib.
Globalinfo.az xəbər verir ki, Amerikada yaşayan ermənilər Nyu-York merini Türkiyə ilə əməkdaşlıqda ittiham etməyə başlayıblar və ona qarşı “hücum” kampaniyasına start veriblər.
Ermənilərin saxta iddialarına görə, Adams Türkiyədən rüşvət aldığı üçün qondarma “soyqırımı” ifadəsini işlətməyib.
İttihamlara baxmayaraq Erik Adams istefa vermək fikrində olmadığını və günahsızlığını məhkəmədə sübut etməyə hazırlaşdığını bildirib.
“The New York Times” qəzetinin yazdığına görə, dairə prokuroru 2021-ci ildə təkrar seçki kampaniyası üçün vəsait toplayarkən Adamsın qeyri-qanuni yolla ianə, o cümlədən Türkiyə hökumət rəsmilərindən pul aldığını iddia edib.
Mer özü isə bildirir ki, onun seçki kampaniyası ciddi şəkildə Amerika qanunlarına uyğun həyata keçirilib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














