Sentyabrın 22-si səhər saatlarında İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bojnurdda baş verən zəlzələ nəticəsində 7 nəfər xəsarət alıb, kiçik dağıntılar olub.
Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıblar.
Qeyd edək ki, bir qədər əvvəl İranda mədəndə güclü partlayış olub.