Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuan İsraili hərbi gücdən istifadə etməkdən əl çəkməyə, Livanın suverenliyinə və təhlükəsizliyinə qəsddən çəkinməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, çinli diplomat bu barədə BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı brifinqində deyib.
O, qeyd edib ki, Qəzza zolağında davam edən döyüşlərin yan təsirləri getdikcə daha aydın görünür.
“Livan və İsrail genişmiqyaslı münaqişənin astanasındadır. Bu, bütün regionu təhdid edən müharibəyə çevrilə bilər”, – deyə Çin rəsmisi vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az