“Türkiyə Azərbaycanla sülh müqaviləsi imzalanmayana qədər Ermənistanla münasibətlərin normallaşması istiqamətində praktiki addımlar atmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan deyib.
“Müqavilə imzalandıqdan sonra da münasibətlər tam nizamlanmayacaq. Düşünürəm ki, bundan sonra Ankaranın əsas hədəfi Zəngəzur dəhlizinin açılması olacaq. Beləliklə Ermənistana ikinci təzyiq dalğası başlayacaq”, – o bildirib.
Safrastyanın sözlərinə görə, Ankara Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır:
“Türkiyə gözləyəcək ki, Azərbaycan müqaviləni imzalasın. Bəs onun bu sənədə niyə ehtiyacı var? Düşünürəm ki, bu, Ankaraya regionda II Qarabağ müharibəsindən sonrakı yeni geosiyasi situasiyanın nəticələrini rəsmiləşdirmək baxımından lazımdır. Yeni geosiyasi situasiya isə Rusiyanın təsirinin azalması, Türkiyənin təsirinin güclənməsidir”.
Əliyar Xəlil
Globalinfo.az