Rusiyada daha bir helikopter faciəsi?

Rusiyada daha bir helikopter faciəsi?

Rusiyada İrkutsk-Orlik marşrutu üzrə uçan Mi-8 helikopteri ilə əlaqə kəsilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, helikopterin göyərtəsində olan insanların sayı ilə bağlı məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın Kamçatka bölgəsində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 22 nəfər həlak olub.