“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Qarabağ probleminin həlli kontekstində baş verməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“ Ermənistan 2022-ci ilin sonunda Avropa İttifaqının iştirakı ilə Azərbaycanla 1991-ci il sərhədlərinin tanınması haqqında saziş imzalayıb. İndi bunun hüquqi baxımdan necə rəsmiləşdirilməsi söhbəti gedir. Çünki siyasi razılaşma olub. Biz burada Türkiyə ilə əməkdaşlıq edirik. Bizim köməyimizlə bir müddət əvvəl Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi başladı. İndi həmin proses dayanıb. Amma Türkiyənin marağı qalır və biz vasitəçiliyə hazırıq. Aydındır ki, normallaşma Cənubi Qafqazda həll edilməli olan bütün digər problemlər kontekstində baş verməlidir”, – deyə Lavrov vurğulayıb.
Müşviq tofiqoğlu
Globalinfo.az