Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Səfərin avqustun 27-də gerçəkləşdiriləcəyi, Azərbaycan-Türkiyə əlaqələri ilə yanaşı regional və beynəlxalq məsələlərin də müzakirəsinin nəzərdə tutulduğu bildirilir.
Həmçinin Bakı və İrəvan arasında sülh müqaviləsinin müzakirə mövzularından biri olduğu qeyd edilir.