Əraqçı Fidanla bu məsələləri müzakirə etdi

 

Əraqçı Fidanla bu məsələləri müzakirə etdi

İranın yeni təyin olunmuş xarici işlər naziri Abbas Əraqçı türkiyəli həmkarı Hakan Fidanla telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, söhbət zamanı nazir Abbas Əraqçı regionda münaqişənin genişlənməsinin qarşısını almaq üçün müsəlman ölkələrin, xüsusilə də İran və Türkiyə arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az