“İranla İsrailin, eləcə də Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi ilə bağlı çox narahatam”.
Bu sözləri Globalinfo.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu İsrail-İran arasında baş verən son proseslər haqda danışarkən deyib.
O, İsraildə yaşayan övladları ilə tez-tez əlaqə saxladığını bildirib:
“Açığı, övladlarıma görə çox narahatam. Milləti qırdırmaq nəyə lazımdır?
Novella Cəfəroğlu
İranın yeni prezidenti bizim öz millətimizidir. Fikrimcə, Məsud Pezeşkian bir terrorçuya görə öz xalqını riskə atmaz, dövlətə zərər gətirməz. Onu da deyim ki, baş verən terror hadisəsi Tehranın daxili məsələsidir. Bununla bağlı özləri də araşdırma aparırlar. Bu işdə İsrailin əlinin olub-olmamasını bilmirəm, amma İsmayıl Haniyənin ölümü daxildə baş verib”.
Novella Cəfəroğlu müharibə olacağını düşünmədiyini deyib:
“Bu məsələyə görə ancaq ağılsız bir siyasətçi, dövlətini sevməyən adam müharibəyə gedə bilər. İran-İsrail və ya başqa ölkələr arasında savaş başlasa, Qafqaz dövlətləri odun içində qalacaq. Mənə elə gəlir ki, bu işdə ən çox yük Azərbaycanın üzərinə düşəcək. Yəni onların barışmasına, sülhün yaranmasına biz vasitəçi ola bilərik. İran-İsrail, Türkiyə-İsrail arasında olan gərginliyin aradan qaldırılmasına kömək edə bilərik”.
Zaira Akifqızı
Globalinfo.az