Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqında (Aİ) ölkəyə daxil olan mallara görə rüsumları artırıb.
Globalinfo.az xəbər verir ki, yeni qərara əsasən Aİ malları üçün 30%-lik vergi təyin edilib.
Türkiyə prezidenti digər ölkələrdən daxil olan mallar üçün rüsumları isə 60% miqdarında yüksəldib. Bu sıraya Çindən daxil olan mallar da aid edilib.
Qeyd edək ki, bundan öncə Türkiyə Aİ-dən daxil olan mallar üçün 18%, digər ölkələrdən idxalat üçün isə 30%-li vergi alırdı. Bir sıra ekspertlər bunun Türkiyədə bahalaşmanı daha da artıracağını düşünürlər.
Əliyar Xəlil
Globalinfo.az