
“Türkiyə Ermənistanla sərhədi İrəvanın Azərbaycanla münasibətləri nizamlandıqdan sonra aça bilər”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O, Ankaranın Bakı və İrəvan arasında sülh prosesinin nəticələrinə əsasən qərar verəcəyini bildirib:
“Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir. Bunun müsbət nəticə əldə etməsi halında öz ssenarimizi hazırlamalıyıq. Hazırkı fəaliyyətlər də bu istiqamətdədir. Əgər tamamlanarsa, müsbət ssenarini aktivləşdirəcəyik. Beləliklə, sərhəd qapımızı aça bilərik”.
Safura Bənnayeva
Globalinfo.az