gorus 1

İrəvan və Ankara rəsmiləri arasında keçirilən görüş sərhədin Türkiyə tərəfində davam etdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Görüş zamanı Türkiyə nümayəndə heyətinə rəhbərlik edən Serdar Kılıçla Ermənistan nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan Marqara keçid məntəqəsinə baxış keçiriblər.


***

Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın sayca 5-ci görüşü keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Xatırladaq ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin əvvəlki görüş 2 il əvvəl – 2022-ci il iyulun 1-də Vyanada baş tutub.

***11:50

Ermənistan nümayəndə heyəti Türkiyə rəsmiləri ilə görüş üçün dövlət sərhədinə gəliblər. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Oragir.news” məlumat yayıb.

Hazırda Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Marqara keçid məntəqəsinə çatdığı bildirilir.

Qeyd edək ki, görüş ilk olaraq sərhədin Ermənistan tərəfində başlayacaq, günün ikinci yarısı Türkiyə tərəfində davam edəcək.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: