“Regionda yeni müharibə (zəlzələnin episentri Livandadır) başlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.
O iddia edib ki, Livanda (İsrail-Hizbullah qarşıdurması – red.) cərəyan edən proseslər Cənubi Qafqaza da təsir edəcək:
“Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasına çalışır. Onların cədvəlinə görə, yaxın bir neçə ay ərzində (ilin sonuna qədər) o yol açılmalıdır.
Bundan başqa, payızda Gürcüstanda qaynar geosiyasi mübarizə gözlənilir. Proseslər təkcə parlament seçkiləri ilə yekunlaşmayacaq. Bütün bunlar Ermənistana da təsir edəcək”.
Safura Bənnayeva
Globalinfo.az