pasinyan 23

Regionda “3+2” formatı son zamanlarda yenidən gündəmə gəlib. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında əsas üstünlüyün Türkiyə, İran və Rusiyaya verilməli olduğuna dair bir sıra təkliflər irəli sürülür.

Bəzi ekspertlərin fikrincə, format çərçivəsində görüşlərin keçirilməsi sülh üçün effektiv ola bilər.

“2+3” formatı özünü doğruldacaqmı? Sülh sazişinin sözügedən format çərçivəsində imzalanması nə dərəcədə mümkündür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Londonda etdiyi gedişdən sonra Bakı ilə İrəvan arasında sülh danışıqlarının dalana dirəndiyi artıq hamı tərəfindən etiraf olunur:

“Böyük Britaniya “komediyası” danışıqların uğursuzluğunda əsl səbəbkarın Ermənistan olduğunu bütün çılpaqlığı ilə göstərdi. Bu vaxta qədər İrəvanın təəssübkeşləri danışıqların nəticəsiz qalınmasında Azərbaycanı günahlandırır, bununla Ermənistanı təmizə çıxarırdılar. Amma Paşinyanın Böyük Britaniyada görüşdən imtina etməsi əsl günahkarın elə məhz Ermənistan olduğunu ortaya qoydu”.

image 660x441 66276a94dd227 1
Əlimusa İbrahimov

O bildirib ki, “3+2” danışıqların aparılması və sülh prosesinin nəticələnməsi üçün olduqca maraqlı formatdır:

“Region dövlətlərinin demək olar ki, hamısı bu formatın uğur qazanacağına inanır. Ermənistan da ilkin mərhələdə bu formatı müsbət qiymətləndirmiş kimi görünür. Amma məsələ həlledici mərhələyə yaxınlaşandakı vəziyyəti və N.Paşinyanın Fransa Prezidenti Emmanuel Makronla separatçı görüşündən sonra özünü necə aparacağını heç kim proqnozlaşdıra bilməz. Düşünürəm ki, Ermənistanın “3+2” formatına indiki halda müsbət baxması müvəqqəti səciyyə daşıyır. İş son mərhələyə çatanda onlar yenə də boyun qaçıracaq və sülh müqaviləsinin imzalanmasında maraqlı olmadıqlarını bir daha sübut edəcəklər”.

Qeyd edək ki, rəsmi Bakı bir müddət öncə regionda yeni əməkdaşlıq formatını elan edib. Əvvəl “3+3” (Azərbaycan-Gürcüstan-Ermənistan-Türkiyə-Rusiya-İran) olan formatın artıq “3+2” (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) şəklində olacağı açıqlanıb.

Turan Rzayev
Globalinfo.az

Paylaş: