Bu il Türkiyədə orta temperatur göstəricisinə görə son 53 ilin ən isti iyun ayı qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Hidrometeorologiya Baş İdarəsindən bildirilib.
Məlumata əsasən, iyun ayında ölkədə havanın ən aşağı temperaturu Ərzurumda (1,6), ən yüksək temperaturu isə Şanlıurfanın Ceylanpınar (47,8) rayonunda qeydə alınıb.