Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçiriləcək.
Globalinfo.az xəbər verir ki, günün ilk matçı Düsseldorfdakı “Esprit Arena”da İngiltərə və İsveçrə komandaları arasında olacaq.
İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. İsveçrə isə İtaliya yığmasından üstün olub – 2:0.
İtaliyalı referi Daniele Orsatonun idarə edəcəyi matç saat 20:00-da başlayacaq.