Zəlzələrin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda Mahaçkaladan 82 km cənub-cənub qərbdə zəlzələ qeydə alınıb.
Bu barədə Globalinfo.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.
Maqnitudası 5,7 olan zəlzələ 5 km dərinlikdə qeydə alınıb.
***10:54
Gəncə şəhərində və yaxın rayonlarda zəlzələ olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.
Zəlzələ təxminən 40-45 saniyə davam edib.