“Kiyev öz mövqeyini yaxşılaşdırmaq üçün atəşkəsdən istifadə edə bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Ukrayna ilə sülh danışıqları başlayana qədər təmas xəttində atəşkəs mümkün deyil.

“İndi qarşı tərəfin müsbət addım atacağını ümid edərək atəşkəs qərarı verə bilmərik. Biz imkan verə bilmərik ki, düşmən öz mövqelərini yaxşılaşdırmaq, yenidən silahlanmaq, məcburi səfərbərlik yolu ilə ordusunu tamamlamaq və silahlı münaqişəni davam etdirməyə hazır olmaq üçün atəşkəsdən yararlansın”, – Rusiya lideri bildirib.

Putin Ukrayna ilə danışıqlardan heç vaxt imtina etmədiyini vurğulayıb.

“Biz həmişə danışıqların tərəfdarı olmuşuq. Siz bunu yaxşı bilirsiniz. Ancaq təkcə vasitəçilərin köməyi ilə münaqişəyə son qoymaq mənə çətin görünür. Ona görə ki, vasitəçinin yekun sənədi imzalamaq səlahiyyəti çox azdır!.

Putin həmçinin bildirib ki, Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə dayandırılması təklifləri ilə tanış deyil.

“Cənab Trampın prezidentliyə namizəd kimi hazır olduğunu və Ukraynada müharibəni dayandırmaq istədiyini bəyan edib. Biz bunu kifayət qədər ciddi qəbul edirik. Əlbəttə ki, mümkün təkliflərlə tanış deyilik. Amma şübhə etmirəm ki, o, bunu səmimi deyir və biz həmin təklifləri dəstəkləyəcəyik”, – Putin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: