putin sefer

Rusiya Prezidenti Vladimir Putin Vyetnama ikigünlük dövlət səfərinə gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, onun təyyarəsi artıq Hanoy hava limanına enib.

Səfər çərçivəsində baş nazirin müavini Dmitri Çernışenko, xarici işlər naziri Sergey Lavrov və digər departament rəhbərləri və rəsmi şəxslər də Putini müşayət edirlər.

Vyetnam tərəfi ilə danışıqlar zamanı ikitərəfli strateji tərəfdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, Kreml rəhbəri Şimali Koreyadan birbaşa bu ölkəyə yollanıb.

Paylaş: