WhatsApp Image 2024 06 02 at 12.19.55

Türkiyənin İstanbul şəhərində çökən üçmərtəbəli binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.

***

Türkiyənin İstanbul şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində yaralananların sayı 7 nəfərə çatıb.

Bunu şəhər valisi Davud Gül bildirib.

O bildirib ki, yaralılardan ikisinin vəziyyəti ağır, beşinin vəziyyəti isə normaldır.

Daha iki nəfər dağıntılar altındadır.

***

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində üçmərtəbəli yaşayış binası çöküb.

Globalinfo.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, dağıntılar altında qalanlar var.

Əraziyə çoxlu sayda yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib.

Paylaş: