“Vəziyyət çox ciddidir. Biz Xarkovu itirməyi gözə ala bilmərik”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, son bir neçə gün ərzində yüzlərlə insan ölüb və ya yaralanıb.
“Onların çoxu bölgədən olan əsgərlər idi. Bu səbəbdən də orada olmaq və dəstək göstərmək çox vacibdir”.
Ukrayna prezidenti hazırda Xarkovda baş verənlərə görə ABŞ-ın günahkar olub-olmaması ilə bağlı sualı da cavablandırıb.
“Bu, bütün dünyanın günahıdır. Onlar Putinə işğalı həyata keçirməyə imkan verirlər. Amma indi dünya bizə kömək edə bilər. Kiyevin bütün ehtiyacı iki Patriot sisteminədir. Rusiya Xarkovu işğal edə bilməyəcək”, – deyə Zelenski vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az