“Ermənistan və Azərbaycanın dinc yanaşı yaşamaq təcrübəsi yoxdur”
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Dinc yaşamağı öyrənmək son dərəcə çətin prosesdir. Bunun nə olduğunu biz bilmirik. Ermənistan və Azərbaycan üçün bir-biri ilə sülh şəraitində yaşamaq yad fenomendir. Ermənistanla Azərbaycan arasında dinc həyatın təmin edilməsi üçün müəyyən vasitələrə ehtiyac var. Ermənistan və Azərbaycan avtomobil və dəmir yollarını aça, qarşılıqlı hörmət və ərazi bütövlüyünün tanınması əsasında bir-birinin ərazisindən boru kəmərləri, elektrik xətləri və kabellər çəkmək imkanını təmin edə bilər”, – Paşinyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az